Mobil versiya
"Uranın zənginləşdirilməsi olmayacaq" - Tramp da şərtlərini açıqladı
Tarix: 08-04-2026 | Saat: 16:38
Bölmə:Dünya / Manşet | çapa göndər

"Uranın zənginləşdirilməsi olmayacaq" -

ABŞ İranla sıx əməkdaşlıq edəcək.

aia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social"da yazıb.

"Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərin basdırılmış nüvə tozlarını çıxarıb ləğv edəcək. O, çox dəqiq peyk nəzarətində olub və indi də belədir. Hücumun baş verdiyi tarixdən bəri heç nəyə toxunulmayıb. Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini danışırıq və danışacağıq. 15 maddənin çoxu barəsində razılıq əldə olunub", -o, qeyd edib.

Bundan əlavə ABŞ prezidenti bildirib ki, "İrana hərbi silah tədarük edən hər hansı bir ölkə dərhal Amerika Birləşmiş Ştatlarına satılan bütün mallara 50% tarif tətbiq edəcək. Heç bir istisna olmayacaq!".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-04-2026