Mobil versiya
ABŞ İranın zənginləşdirilmiş uranını ölkədən çıxarıb? - Bəqayidən AÇIQLAMA
Tarix: 06-04-2026 | Saat: 13:57
Bölmə:Dünya | çapa göndər

ABŞ İranın zənginləşdirilmiş uranını ölkədən çıxarıb? -

ABŞ-nin pilotları xilasetmə əməliyyatı adı altında zənginləşdirilmiş uranı çıxarması cəhd etməsi ehtimalı heç bir halda nəzərdən qaçmamalıdır.

aia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bu gün brifinqdə bildirib.

Bəqayi deyib ki, bu əməliyyatla bağlı çoxlu suallar və şübhələr var.

Onun sözlərinə görə, amerikalı pilotun olduğu deyilən ərazi Kohgiluyə və Boyer-Ahmadda yerləşir: “Amma buradan amerikalıların qüvvə endirmək istədiyi əraziyə qədər çox böyük məsafə var. Buna görə də guya pilotu xilasetmə əməliyyatının əslində zənginləşdirilmiş uranı oğurlamaq üçün aldatma əməliyyatı olması ehtimalı var və bu fərziyyə heç bir halda nəzərdən qaçırılmamalıdır”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026