Mobil versiya
Türkiyədə də uşaqların sosial mediadan istifadəsi qadağan oluna bilər
Tarix: 06-04-2026 | Saat: 11:54
Bölmə:Dünya | çapa göndər

Türkiyədə də uşaqların sosial mediadan istifadəsi qadağan oluna bilər

Türkiyədə 15 yaşdan aşağı şəxslərə sosial media qadağası ilə bağlı qanunda edilən dəyişik Türkiyə Böyük Millət Məclisinin (TBMM) aidiyyəti komissiyası tərəfindən təsdiqlənib.

aia.az "TRT Haber"ə istinadən xəbər verir ki, dəyişikliyin bu həftə TBMM səviyyəsində müzakirəsi gözlənilir.

Qeyd olunub ki, yeni qaydalara əsasən, sosial şəbəkə platformaları 15 yaşını tamamlamamış şəxslərə xidmət göstərə bilməyəcək.

15 yaşı tamamlamış, lakin yetkinlik yaşına çatmamış istifadəçilər üçün isə "ayrılmış xidmətlər" təqdim olunacaq. Bu xidmətlərin detalları və təhlükəsizlik tədbirləri dair məlumatlar platformalarda yerləşdiriləcək.

Həmçinin, yeni layihə valideyn nəzarətini də məcburi edir.

Sözügedən qadağanı pozanlara qarşı ciddi cəzaların da nəzərdə tutulduğu bildirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026