Mobil versiya
SEPAH “Qüds” qüvvələrinin idarə rəisi öldürüldü
Tarix: 01-04-2026 | Saat: 11:30
Bölmə:Dünya | çapa göndər

SEPAH “Qüds” qüvvələrinin idarə rəisi öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Qüds” qüvvələrinin Livan bölməsinin mühəndislik idarəsinin rəisi Mehdi Vəfai öldürülüb.

aia.az xəbər verir ki, onun İsrail Ordusunun Livanın paytaxtı Beyruta hava zərbələri zamanı həyatını itirdiyi bildirilib.

İsrail Müdafiə Qüvvələrinin bəyanatında qeyd edilib ki, Mehdi Vəfai 20 illik fəaliyyəti dövründə Livan və Suriyada gizli layihələrə, İranın “Hizbullah” və Bəşər Əsəd rejiminin xeyrinə yeraltı infrastruktur yaratmaq səylərinə başçılıq edib.

Ordunun məlumatına görə, Vəfainin öldürülməsi “Hizbullah”ın yeraltı infrastruktur qurmaq imkanlarına, eləcə də İran tərəfindən Yaxın Şərqdə terror planlarının həyata keçirilməsi səylərinə ağır zərbədir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026