Mobil versiya
“Şaka”ya neft lazımdır - Tramp İranın sərvətinə əl qoymaq istədiyini gizlətmir
Tarix: 30-03-2026 | Saat: 13:37
Bölmə:Dünya | çapa göndər

“Şaka”ya neft lazımdır - Tramp İranın sərvətinə əl qoymaq istədiyini gizlətmir


ABŞ prezidenti Donald Tramp “Financial Times” qəzetinə verdiyi müsahibədə İranın neftinə əl qoymağı üstün tutduğunu bildirib və Xarq adasının ələ keçirilməsi niyyətindən danışıb.

Aia.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ prezidentinin sözlərinə görə, Xarq adası İranın neft ixracatında əsas rol oynayır: ölkənin əsas gəlir mənbəyi hesab edilən xam neft daşınmasının təxminən 90%-i adadan keçir.

Nəşrə verdiyi müsahibədə Tramp mümkün hərəkətləri Venesueladakı vəziyyətlə müqayisə edib. O xatırladıb ki, ABŞ yanvar ayında Venesuela lideri Nikolas Maduronu həbs edəndən sonra bu ölkənin neft sənayesini "qeyri-müəyyən müddətə" nəzarətdə saxlamaq niyyətindədir.

“Düzü, İranın neftinə sahib çıxmaq istərdim, amma ABŞ-dəki bəzi axmaq insanlar deyirlər ki, bunu niyə edirsiniz. Onlar axmaq insanlardır", - deyə Tramp bildirib.

“Bəlkə də Xarq adasını ələ keçirəcəyik, bəlkə də ələ keçirməyəcəyik. Bizim bir çox variantımız var”. - Tramp əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026