Mobil versiya
Tehran qaranlığa qərq oldu – yüz minlərlə insan küçələrə axışdı
Tarix: 30-03-2026 | Saat: 10:25
Bölmə:Dünya | çapa göndər

Tehran qaranlığa qərq oldu – yüz minlərlə insan küçələrə axışdı


Tehranın enerji infrastrukturu hədəfə alınıb, şəhərin böyük hissəsi işıqsız qalıb.

Aia.az xəbər verir ki, ABŞ və İsrail ordusunun endirdiyi zərbələr nəticəsində paytaxtın müxtəlif rayonlarında elektrik enerjisinin verilişi dayanıb və vəziyyət getdikcə daha da gərginləşir.

Məlumata görə, zərbələr əsasən enerji obyektlərinə yönəlib və bu səbəbdən Tehranın geniş ərazilərində qaranlıq hökm sürür. Şəhərdə həyatın normal axarı pozulub, kommunikasiya və digər xidmətlərdə də fasilələr yaranıb.

Hadisələr fonunda yüz minlərlə şəhər sakini küçələrə və meydanlara çıxaraq etiraz aksiyalarına başlayıb.

Hazırda paytaxtda vəziyyət gərgin olaraq qalır, küçələrdə izdiham davam edir və etiraz dalğasının daha da genişlənəcəyi istisna edilmir.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026