Mobil versiya
Paşinyana kilsədə yumruq atdılar - Video
Tarix: 29-03-2026 | Saat: 17:43
Bölmə:Dünya | çapa göndər

Paşinyana kilsədə yumruq atdılar - Video


Ermənistanın Baş naziri Nikol Paşinyanın İrəvandakı Müqəddəs Anna kilsəsində ibadət zamanı iştirakı insidentlə nəticələnib.

"Aia.az" xəbər verir ki, baş nazir kilsəni tərk edərkən dindarların arasından keçib. Bu zaman mərasim iştirakçılarından biri baş nazirin mühafizəçisinə "mənə elə baxmağa cürət etmə" deyərək etirazını bildirib. Digər bir şəxs isə arxadan təhlükəsizlik xidmətinin əməkdaşına zərbə endirməyə cəhd edib. Yayılan görüntülərdə etirazçının əslində Paşinyana əl uzatması əks olunub.

Hadisə yerində qısa müddətli gərginlik yaşansa da, mühafizə xidməti baş nazirin ərazidən uzaqlaşdırılmasını təmin edib. Saxlanılanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026