Mobil versiya
Uzun müddət sonra sosial mediada paylaşım etdi
Tarix: 29-03-2026 | Saat: 10:30
Bölmə:Dünya | çapa göndər

Uzun müddət sonra sosial mediada paylaşım etdi


ABŞ-də həbsdə olan Venesuela Prezidenti Nikolas Maduro tərəfdarlarına müraciət edib.

“Aia.az” xəbər verir ki, o, uzun müddət sonra sosial şəbəkədə paylaşım edərək dəstəklərinə görə təşəkkürünü bildirib.

O, həyat yoldaşı Siliya Floreslə birlikdə yaxşı, güclü və sakit olduqlarını vurğulayıb.

Maduro bildirib ki, o, Venesuela vətəndaşlarından və dünyadakı xoşməramlı insanlardan məktublar və dualar alır. O, hər bir sevgi və dəstək sözünün onu və həyat yoldaşını mənəvi cəhətdən gücləndirdiyini qeyd edib.

Maduro həmçinin sülhün, milli birliyin və dialoqun gücləndirilməsinə çağırıb. O, ölkənin “barışıq və hörmət” yolu ilə getməli olduğunu əlavə edib.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Venesuela mediası həmin gün 23 Venesuela əsgəri, 32 Kuba əsgəri və 2 mülki şəxs olmaqla ümumilikdə 57 nəfərin öldüyünü açıqlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026