Qazaxıstan xalqı yeni konstitusiyaya "hə" dedi
Tarix: 16-03-2026 | Saat: 18:15
Bölmə:Özəl | çapa göndər

Qazaxıstanda keçirilən konstitusiya referendumunda səsverməyə gedən seçicilərin böyük əksəriyyəti yeni konstitusiyanı dəstəkləyərək "bəli" səs verib.Qazaxıstanda dünən keçirilən ümumxalq konstitusiya referendumunun ilkin nəticələri açıqlanıb.
Qazaxıstan Mərkəzi Seçki Komissiyasının rəhbəri Nurlan Abdirov mətbuat konfransında yeni konstitusiya layihəsi ilə bağlı referendumun ilkin nəticələrini paylaşıb.
Abdirov bildirib ki, ölkədə qeydiyyatdan keçmiş 12.482.613 seçicidən 9.127.192 nəfəri səsverməyə qatılıb və nəticədə seçici fəallığı 73,12 faiz təşkil edib.
O bildirib ki, "Yeni konstitusiyanı qəbul edirsinizmi?" sualına 7.954.667 vətəndaş "bəli" cavabını verib və bu da yeni konstitusiya layihəsini dəstəkləyənlərin səs verənlərin 87,15 faizini təşkil etdiyini göstərir.
Abdirov əlavə edib ki, 898.099 seçici "xeyr" səs verib, hər iki cavab variantı işarələndiyi üçün 127.868 bülleten sayılmayıb və 146.558 səs etibarsız hesab edilib.
Abdirov izah edib ki, Qazaxıstan qanununa görə, yeni konstitusiya səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu tərəfindən dəstəklənərsə və bu dəstək regionlarda, metropoliten ərazilərdə və paytaxtda ən azı üçdə ikisi tərəfindən əldə edilərsə, qəbul edilmiş hesab olunur və əlavə edib ki, referendumun yekun nəticələri yaxın günlərdə seçki komissiyası tərəfindən açıqlanacaq.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
27-04-2026
15:32 Yüksək səviyyəli görüş