Makron Pezeşkiana zəng edib bu sözləri dedi
Tarix: 16-03-2026 | Saat: 09:14
Bölmə:Dünya | çapa göndər

Fransa Prezidenti Emmanuel Makron iranlı həmkarı Məsud Pezeşkian ilə telefon danışığının detallarını açıqlayıb.
aia.az xəbər verir ki, Makron bu barədə "X" sosial media hesabında paylaşım edib.
Fransa Prezidentinin sözlərinə görə, o, Pezeşkiana İranın region ölkələrinə qarşı həyata keçirdiyi "qəbuledilməz hücumları" dərhal dayandırmağa çağırıb.
Makron iranlı həmkarına bildirib ki, eskalasiya bütün regionu ağır nəticələri olan xaosa sürükləyir, İran və region əhalisi bunun qurbanına çevrilir.
"Yalnız yeni siyasi və təhlükəsizlik çərçivəsi hamı üçün sülh və təhlükəsizliyi təmin etməyə imkan verəcək. Belə bir çərçivə İranın ballistik proqramı, eləcə də regional və beynəlxalq sabitliyi pozan fəaliyyətlərindən qaynaqlanan təhdidləri aradan qaldırmaqla yanaşı, onun heç vaxt nüvə silahına sahib olmayacağına zəmanət verməlidir", - Makron bildirib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026