Mobil versiya
Almaniyada şirkətlərin iflası son 11 ilin ən yüksək səviyyəsinə çatıb
Tarix: 13-03-2026 | Saat: 20:33
Bölmə:Özəl | çapa göndər

Almaniyada şirkətlərin iflası son 11 ilin ən yüksək səviyyəsinə çatıb

Almaniyada korporativ iflaslar ötən il 2014-cü ildən bəri ən yüksək səviyyəyə çatıb və 24.064 müəssisə iflas üçün müraciət edib

Almaniya Federal Statistika İdarəsi (Destatis) ölkədə 2025-ci il və 2025-ci ilin dekabr ayları üçün şirkətlərin iflas rəqəmlərini açıqlayıb.

Bu rəqəmlərə görə, ötən il 24.064 müəssisə iflas edib. Bu, 2024-cü illə müqayisədə korporativ iflasların 10,3% artımını təmsil edir. Bu səviyyə 2014-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir, o zaman 24.085 iflas qeydə alınmışdı. Qlobal maliyyə böhranının təsirlərinin hiss olunduğu 2009-cu ildə bu rəqəm 32.687-yə yüksəldi.

Almaniyada korporativ iflaslar 2023-cü ildə 17.814 halla 22,1%, 2024-cü ildə isə 21.812 halla 22,4% kəskin şəkildə artmışdır.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026