Mobil versiya
"Bu halda İrana daha güclü zərbə endirəcəyik" - Tramp
Tarix: 10-03-2026 | Saat: 09:00
Bölmə:Manşet / Dünya | çapa göndər

"Bu halda İrana daha güclü zərbə endirəcəyik" -

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran Hörmüz boğazından neft tədarükünü dayandırarsa, ABŞ İrana əvvəlkindən 20 dəfə güclü zərbə endirəcək.

aia.az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" sosial media səhifəsində yazıb.

Ağ Ev rəhbəri qeyd edib ki, "Əgər İran Hörmüz boğazından neft axınını dayandıracaq tədbirlər görərsə, ABŞ əvvəlkindən iyirmi dəfə daha güclü zərbə endirəcək. Bundan əlavə, bəzi hədəflər məhv ediləcək və bu da İranın bir millət kimi bərpasını faktiki olaraq qeyri-mümkün edəcək".

O, bunu ABŞ-nin Çinə və Hörmüz boğazından fəal şəkildə istifadə edən digər ölkələrə "hədiyyəsi" adlandırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026