Mobil versiya
Ərdoğandan İrana XƏBƏRDARLIQ
Tarix: 05-03-2026 | Saat: 10:08
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğandan İrana


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oxşar hadisələrin bir daha baş verməməsi üçün İrana xəbərdarlıq edib.

aia.az xəbər verir ki, Ərdoğan qeyd edib ki, regionda gərginlik fonunda Türkiyə sərhədlərinin və hava məkanının təhlükəsizliyi üçün bütün zəruri tədbirləri görür.

“Regionumuzun üzləşdiyi bu çətin günlərdə sərhədlərimizin və hava məkanımızın təhlükəsizliyi məsələsində işi əsla şansa buraxmırıq. NATO müttəfiqlərimizlə birlikdə lazımi tədbirləri görürük və dərhal müdaxilə edirik”, – deyə Türkiyə lideri vurğulayıb.

Onun sözlərinə görə, oxşar hadisələrin təkrarlanmaması üçün xəbərdarlıqlar Tehrana açıq və qəti şəkildə çatdırılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026