Mobil versiya
"İran yeni nüvə obyektləri tikirdi" - Netanyahu
Tarix: 03-03-2026 | Saat: 10:13
Bölmə:Karusel / Dünya | çapa göndər

"İran yeni nüvə obyektləri tikirdi" -

"Biz İranın əvvəlki müharibədən dərs çıxaracaqlarını düşünürdük, amma bunu etmədilər, çünki onlar islaholunmazdırlar".

aia.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu "Fox News"a verdiyi müsahibədə deyib.

Baş nazirin sözlərinə görə, İran fanatik şəkildə Amerikanı məhv etmək məqsədi güdür: "Beləliklə, onlar bir neçə ay ərzində raket proqramlarını və nüvə bombası proqramlarını əlçatmaz hala gətirəcək yeni ərazilər, qurğular və yeraltı bunkerlər tikməyə başladılar.

Əgər indi tədbir görülməsəydi, gələcəkdə heç bir tədbir görülməsi mümkün olmazdı. Bu halda, İslam Respublikası Amerikanı hədəfə ala, İsraili və digər ölkələri təhdid edə bilərdi".

Netanyahu Yaxın Şərqdəki problemlərin 95 faizinin İslam Respublikasından qaynaqlandığını və qlobal terror şəbəkəsinin oradan yönəldildiyini deyib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026