Mobil versiya
Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi
Tarix: 02-03-2026 | Saat: 16:06
Bölmə:Dünya | çapa göndər

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan etdi

Livan hökuməti Hizbullahın hərbi fəaliyyətini qadağan edib.

aia.az "Al Arabiyya" telekanalına istinadən xəbər verir ki, hökumət Hizbullahın bütün ölkə ərazisində silahlı fəaliyyətinə qadağa qoyub.

Livan beynəlxalq dəstək əsasında mülki ekspertlərin iştirakı ilə İsraillə danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Baş nazir Nəvaf Salam legitim qurumlardan başqa Livanda hər hansı hərbi fəaliyyətə qarşı olduğunu vurğulayıb.

“Biz Hizbullahın hərbi fəaliyyətini qadağan edirik və onun rolunu sadəcə siyasi sfera ilə məhdudlaşdırırıq. Hərbi qurumlardan da bunu həyata keçirmələrini tələb edirik”, - Baş nazir bildirib.

Nəvaf Salam başçılıq etdiyi hökumətin İsrail və Livan arasında 2024-cü ildə əldə olunmuş razılaşmaya sadiq olduğunu diqqətə çatdırıb./APA

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-06-2026