Mobil versiya
İsrailin hücumlarından sonra Livanda miqrasiya başladı
Tarix: 02-03-2026 | Saat: 09:40
Bölmə:Özəl | çapa göndər

İsrailin hücumlarından sonra Livanda miqrasiya başladı

İsrail ordusu Livan boyunca hava hücumları başlatdığını elan etdikdən sonra paytaxt Beyrutda partlayış səsləri eşidilib. Cənubi Livan və Bekaa Vadisindən minlərlə insan ölkənin şimalına qaçmağa başlayıb.İsrail ordusu Livan ərazisində hava hücumları təşkil etdiyini açıqladı və Hizbullahı hədəf aldığını iddia etdi.
Hizbullahın İran rejimi adından verdiyi iddia edilən açıqlamada raket hücumuna qarşı güclü cavab veriləcəyi vurğulanıb.

Bəyanatda deyilir: "İsrail təyyarələri Hizbullahın raket hücumuna cavab olaraq Hizbullah hədəflərinə hava hücumları həyata keçirib".


Bəyanatdan sonra paytaxt Beyrutda partlayış səsləri eşidilib.İsrailin hücumlar həyata keçirdiyi Livanda bütün özəl və dövlət məktəbləri, eləcə də peşə və texniki təhsil müəssisələri təhlükəsizlik səbəbi ilə dərsləri dayandırıb.

Livan Təhsil və Ali Təhsil Nazirliyi məsələ ilə bağlı açıqlama yayıb.

Bəyanatda Livandakı bütün özəl və dövlət məktəblərində, eləcə də peşə və texniki təhsil müəssisələrində dərslərin dayandırıldığı elan edilib.

Qərar şəxsi təhlükəsizlik və fövqəladə təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqlar nəzərə alınmaqla verilib.

Nazirlik müvafiq orqanlarla koordinasiyalı şəkildə gündəlik inkişafları qiymətləndirməyə davam edəcəyini və ictimai təhlükəsizlik tələblərinə uyğun olaraq qərarlar qəbul edəcəyini vurğulayıb.

Bəyanatda Livana və onun xalqına qarşı hücumlar pislənilib, təhlükəsizlik problemləri səbəbindən evlərini tərk etmək məcburiyyətində qalanlarla həmrəylik ifadə edilib və Livan Milli Təhsil Nazirliyinin bu şəxsləri dəstəkləyəcəyi qeyd edilib.

Bəyanatda həmçinin Livanın müxtəlif bölgələrindən olan bir çox məcburi köçkünlərin hazırda məktəblərdə sığındığı xatırladılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026