Mobil versiya
Pakistanda komendant saatı tətbiq edilib-SƏBƏB
Tarix: 02-03-2026 | Saat: 09:37
Bölmə:Özəl | çapa göndər

Pakistanda  komendant saatı tətbiq edilib-SƏBƏB

ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra başlayan etirazlardan sonra Pakistanın Gilgit-Baltistan bölgəsindəki Skardu şəhərində komendant saatı tətbiq edilib.
"Dawn" qəzetinin məlumatına görə, ABŞ-İsrail hücumlarında Xameneinin öldürülməsindən sonra Gilgit-Baltistan bölgəsində etirazlar güclənib.

Etirazçılar bölgədəki Birləşmiş Millətlər Təşkilatının (BMT) ofislərinə hücum edərək bir məktəbi və polis bölməsini yandırıblar.

Gilgit-Baltistan polisi Skardu şəhərində komendant saatı elan edib
Polis ictimai əmlakın qorunmasının bütün vətəndaşların məsuliyyəti olduğunu bildirərək, təmkinli olmağa çağırdı.

Ərazidəki bütün xarici turistlər təhlükəsiz zonalara təxliyə edilib və bəzi yollar təhlükəsizlik səbəbi ilə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Gilgit-Baltistan bölgəsindəki mağazalar, bazarlar və müəssisələr hələ də bağlı qalıb və ticarət fəaliyyəti dayandırılıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026