İordaniya: Hava məkanımızın pozulmasına icazə verməyəcəyik
Tarix: 24-02-2026 | Saat: 21:08
Bölmə:Özəl | çapa göndər

İordaniya kralı II Abdullah İranla bağlı hadisələrə toxunaraq bildirib ki, "İordaniya hava məkanının pozulmasına və ya döyüş meydanına çevrilməsinə icazə verməyəcək".
Kral Abdullah paytaxt Ammandakı əl-Hüseyniyə Sarayında İordaniya Jurnalistlər Sindikatının üzvlərini qəbul edib.
Jurnalistlərlə görüşündə yerli və regional inkişaflarla bağlı qiymətləndirmələrini bildirib.
O, İordaniyanın dost ölkələrlə güclü münasibətlərini investisiya və iqtisadi imkanlara çevirməyə çalışdığını və bu kontekstdə Şərqi Asiyada yeni bazarlara açılmağı hədəflədiyini bildirib.
İranla bağlı hadisələrə toxunan Kral Abdullah, dialoq və siyasi həll yollarının bölgədə artan gərginliyi azaltmağın yeganə yolu olduğunu bildirib.
Kral Abdullah deyib: "İordaniya hava məkanının pozulmasına və ya döyüş meydanına çevrilməsinə icazə verməyəcək. İordaniya Krallığının və vətəndaşlarının təhlükəsizliyi hər şeydən vacibdir".
Fələstin məsələsinə toxunan Abdullah, İsrailin işğal olunmuş Qərb Şəriyəsində və Şərqi Qüdsdə mövcud status-kvonu dəyişdirmək cəhdlərinə qarşı dost və qardaş ölkələrlə birlikdə hərəkət etdiklərini bildirib.
Kral Abdullah Dəməşq hökumətinin Suriyada təhlükəsizliyi və sabitliyi qorumaq üçün atdığı addımları dəstəkləməyin vacibliyini vurğulayıb
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026
24-02-2026