Ailəsini öldürdükdən sonra intihar edib
Tarix: 23-02-2026 | Saat: 15:48
Bölmə:Özəl | çapa göndər

Almaniyada bir kişi həyat yoldaşını və uşaqlarını öldürüb, sonra eyni silahla intihar edib.
Alman mediasında yer alan xəbərlərə görə, Bavariyanın Bamberq şəhərində yaşayan 52 yaşlı alman ata həyat yoldaşını və uşaqlarını öldürüb.
Hadisə, Strullendorfdakı mənzillərində kirayəçilərinə çata bilməyən ev sahibinin polisə zəng etməsi ilə ortaya çıxıb. Polis qapını sındırdıqdan sonra mənzilin içərisində dörd ailə üzvünün cəsədini tapıb. Bamberq Prokurorluğu və polisin ilkin araşdırmalarına görə, 52 yaşlı alman ata əvvəlcə 49 yaşlı həyat yoldaşını, daha sonra isə 14 və 6 yaşlı iki uşağını öldürüb və sonra intihar edib.
Bamberq Prokurorluğu bildirib ki, başqa bir şəxsin hadisədə iştirakına dair heç bir dəlil yoxdur və atanın odlu silahı qanuni olaraq lisenziyalı olub. İstintaq davam edir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026
27-04-2026