Mobil versiya
Çilidə yanacaq daşıyan maşının partlaması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb
Tarix: 20-02-2026 | Saat: 21:30
Bölmə:Özəl | çapa göndər

Çilidə yanacaq daşıyan maşının partlaması nəticəsində 4 nəfər ölüb, 17 nəfər yaralanıb

Çilinin paytaxtı Santyaqo şəhərinin şimalında yanacaq daşıyan yük maşınının aşması nəticəsində baş verən partlayış nəticəsində dörd nəfər ölüb, 17 nəfər yaralanıb.
Santyaqonun Renka rayonundakı General Velasquez şossesində maye qaz daşıyan tanker digər nəqliyyat vasitələri ilə toqquşduqdan sonra aşıb və partlayıb.
Partlayış nəticəsində hadisə yerində dörd nəfər ölüb, 17 nəfər yaralanıb, onlardan bəziləri ağır vəziyyətdədir.

Hadisə yerinə çoxsaylı yanğınsöndürmə və xilasetmə qrupları göndərilib.

Partlayış nəticəsində yeddi nəqliyyat vasitəsi yanıb və magistral yol nəqliyyatın hərəkəti üçün bağlanıb. Hadisə ilə bağlı araşdırma başlanıb.


aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-04-2026