Dil- milli varlığın qarantıdır -DEPUTAT YAZIR
Tarix: 20-02-2026 | Saat: 12:52
Bölmə:Manşet / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri
Dil hər bir millətin mənəvi sərvəti, onun keçmişi ilə gələcəyini bağlayan ən güclü körpüdür. Azərbaycan xalqı üçün ana dili təkcə ünsiyyət vasitəsi deyil, həm də azadlıq, müstəqillik və milli qürur rəmzidir. Bu dilin dövlət statusu qazanması, beynəlxalq kürsülərdə özünə layiq yer tutması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır.
Ulu Öndər Heydər Əliyev hələ sovet rejiminin sərt qanunlarının hökm sürdüyü 1978-ci ildə böyük cəsarət nümayiş etdirərək Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit edilməsinə nail oldu. O, hər zaman vurğulayırdı ki: "Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir."
21 fevral Beynəlxalq Ana Dili Günü ərəfəsində Azərbaycan dilinin keçdiyi tarixi yol, əslində, xalqımızın azadlıq və varlıq mübarizəsinin aynasıdır. Lakin bu yol heç də hamar olmamışdır. Əsrlər boyu dilimiz müxtəlif siyasi basqılara, sistemli diskriminasiyaya və yad təsirlərə məruz qalmışdır. Xüsusilə XX əsrin əvvəllərindən etibarən Azərbaycan dili imperiya siyasətinin hədəfinə çevrilmiş, xalqın milli yaddaşını silmək məqsədilə əlifbamız qısa fasilələrlə bir neçə dəfə dəyişdirilmişdir. Ərəb qrafikasından Latına (1929), oradan isə icbari şəkildə Kiril qrafikasına (1939) keçid xalqın minillik yazılı irsi ilə bağlarını qoparmaq məqsədi güdürdü.
Daha dəhşətlisi isə 1930-cu illərin Stalin repressiyaları dövründə yaşandı. O dövrdə ana dilini sevən, onun saflığı uğrunda mübarizə aparan Mikayıl Müşfiq, Salman Mümtaz, Əhməd Cavad kimi onlarla ziyalımız məhz milli təfəkkürünə və dilinə olan bağlılığına görə "pantürkist" damğası ilə güllələndi. Ana dilində danışmaq və yazmaq sanki gizli bir cinayətə bərabər tutulurdu. Dilimizə qarşı tətbiq edilən bu mənəvi soyqırım cəhdləri xalqın ruhunu sındıra bilmədi, lakin dilimizin dövlət statusu alması üçün polad kimi möhkəm bir iradəyə ehtiyac var idi.
Azərbaycan dilinin müasir inkişaf tarixi və dövlət dili statusunun faktiki təsdiqi birbaşa Ümummilli Lider Heydər Əliyevin titanik fəaliyyətinin nəticəsidir. Ulu Öndərin dil siyasəti sadəcə linqvistik deyil, həm də dərin bir milli azadlıq strategiyası idi.
1969-cu ildə hakimiyyətə gəldiyi ilk gündən Heydər Əliyev Azərbaycan dilini ictimai-siyasi həyata gətirməyi qarşısına məqsəd qoydu. O dövrdə rəsmi tədbirlərin rus dilində aparılması yazılmamış bir qanun olsa da, Ulu Öndər 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin 50 illik yubileyində Moskvadan gələn nümayəndələrin qarşısında nümayişkaranə şəkildə ana dilində çıxış etdi. Bu, o dövrün siyasi konyukturası üçün sarsıdıcı və eyni zamanda xalqın milli ruhunu oyadan bir hadisə idi.
Ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına 73-cü maddəni — Azərbaycan dilinin dövlət dili statusunu daxil etməsi oldu. SSRİ rəhbərliyinin "vahid sovet xalqı və dili" konsepsiyasını irəli sürdüyü bir vaxtda belə bir addım atmaq böyük siyasi iradə və vətənpərvərlik tələb edirdi. Müstəqillik illərində isə o, 2001-ci ildə "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərmanla latın qrafikasına keçid prosesini qətiyyətlə başa çatdırdı.
Bu gün bu müqəddəs irs cənab Prezident İlham Əliyev tərəfindən uğurla və böyük uzaqgörənliklə davam etdirilir. Cənab Prezident ana dilini dövlətçiliyin ən mühüm sütunlarından biri hesab edir. Onun sərəncamları ilə Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi, dünya ədəbiyyatı incilərinin dilimizə tərcümə olunması milli təfəkkürün formalaşmasına misilsiz töhfələr verib.
Cənab Prezident İlham Əliyev hər bir çıxışında dilimizin saflığının qorunmasını, əcnəbi sözlərin lüzumsuz işlədilməməsini və gənc nəslin ana dilinə hörmət ruhunda böyüməsini xüsusi tapşırıq olaraq qarşıya qoyur. 2018-ci ildə imzalanan "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Sərəncam bu qayğının ən bariz nümunəsidir. Dövlət başçısının qətiyyətli mövqeyi sayəsində bu gün Azərbaycan dili beynəlxalq təşkilatların, möhtəşəm zirvə görüşlərinin və Türk Dövlətləri Təşkilatının əsas tribunalarından ucalır.
Tarixin ən ağır repressiya illərindən, əlifba dəyişikliklərindən və sürgünlərdən üzüağ çıxan Azərbaycan dili bu gün özünün ən şərəfli dövrünü yaşayır. Ümummilli Lider Heydər Əliyev ideyalarından güc alan və İlham Əliyev qətiyyəti ilə zənginləşən bu miras bizim ən böyük qürur mənbəyimiz, sarsılmaz mənəvi qalamızdır.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
25-02-2026