Mobil versiya
Zelenski: Rusiya danışıqlar prosesini uzatmağa çalışır
Tarix: 18-02-2026 | Saat: 14:31
Bölmə:Dünya | çapa göndər

Zelenski:

Rusiya danışıqlar prosesini uzatmağa çalışır, halbuki, danışıqlar artıq yekun mərhələdə ola bilərdi.

aia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında Rusiya-Ukrayna danışıqlarını şərh edərkən qeyd edib.

O bu gün davam edən danışıqlarda Ukrayna nümayəndə heyətinə verdiyi tapşırıqlar barədə məlumatı bölüşüb.

“Mən Ukrayna heyətinə aydın şəkildə göstəriş verdim ki, danışıqların məhsuldar olması və sülhün bərqərar edilməsi ehtimalının artırılması üçün nə mümkündürsə edilsin. Bu gün həm də, humanitar məsələlər müzakirə olunacaq. Müharibə girovlarının mübadiləsi və mülki şəxslərin azad edilməsindən söhbət gedir”, - Zelenski bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026