Mobil versiya
Almaniya sərhəd nəzarətini uzadır
Tarix: 16-02-2026 | Saat: 09:58
Bölmə:Dünya | çapa göndər

Almaniya sərhəd nəzarətini uzadır

Almaniya hakimiyyəti sərhəd nəzarətini 15 sentyabra qədər uzatmağı planlaşdırır.

aia.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb. Bildirilib ki, müvafiq bildiriş tezliklə Avropa Komissiyasına göndəriləcək. Sərhəd nəzarəti Almaniyada miqrasiya siyasətinin yenidən qurulmasının bir hissəsidir.

Qanuni yaşayış sənədi olmayan və sığınacaq tələbi irəli sürən üçüncü ölkə vətəndaşlarının Almaniyaya girişinə icazə verilməsinə dair 2015-ci ildə federal polisə verilmiş şifahi göstəriş ötən ilin mayın 7-də də ləğv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026