Yunanıstanda fermerlər paytaxt Afinada traktorları ilə etiraz aksiyası keçiriblər
Tarix: 13-02-2026 | Saat: 21:05
Bölmə:Özəl | çapa göndər

Yunanıstanda fermerlər paytaxt Afinada traktorları ilə etiraz aksiyası keçiriblər.
Dövlət yardımı ilə bağlı korrupsiya qalmaqalının araşdırılması və istehsal xərclərinin azaldılması üçün qanunvericiliyin tətbiqi səbəbindən gecikdirilmiş subsidiyaların ödənilməsini tələb edən fermerlər, ölkənin müxtəlif yerlərində həftələrlə davam edən yol blokadalarından sonra səslərini hökumətə çatdırmaq üçün bu gün Afinaya gəldilər.
Fermerlər Sintaqma Meydanında toplaşaraq traktorlarını parlament binasının qarşısında park etdilər.
Onları dövlət və özəl sektor işçiləri, tələbə qrupları və müxtəlif vətəndaş cəmiyyəti təşkilatları dəstəklədi.
Yunanıstan Kommunist Partiyasının (KKE) baş katibi Dimitris Kutsumpas da Sintaqmadakı nümayişdə iştirak etdi.Tirhaladan olan fermer Antonis Saras AA müxbirinə bildirib ki, istehsal xərclərinin artması və məhsul qiymətlərinin aşağı olması səbəbindən maliyyə çətinlikləri yaşayırlar. O deyib: "Aylarla tarlalarda işləyirik, amma əməyimizin qarşılığını almırıq. Uşaqlarımızın gələcəyi üçün səsimizi eşitdirmək üçün buraya gəlmişik".
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026
27-04-2026