Mobil versiya
ABŞ hədə-qorxu gəldiyi İrana minlərlə "Starlink" göndərdi
Tarix: 13-02-2026 | Saat: 10:52
Bölmə:Dünya | çapa göndər

ABŞ hədə-qorxu gəldiyi İrana minlərlə "Starlink" göndərdi

ABŞ gizli şəkildə İrana minlərlə "Starlink" terminalı təhvil verib.

aia.az xəbər verir ki, ABŞ rəsmilərinə istinadən verilən məlumata görə, Tramp administrasiyası ötən ay etirazların zorakılıqla yatırılmasından sonra İrana gizli şəkildə minlərlə "Starlink" terminalı göndərib.

Məlumata görə, Tehran məhdudiyyətlər tətbiq etdikdən sonra etirazçıların internetə çıxışını təmin etmək üçün ölkəyə təxminən 6000 peyk internet dəsti çatdırılıb.

Bu, ABŞ-nin birbaşa İrana "Starlink" avadanlığı göndərdiyi ilk haldır.

Prezident Tramp daşınmalardan xəbərdar olub. Lakin onun şəxsən onlara icazə verib-vermədiyi bəlli deyil.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026