Mobil versiya
ROKETSAN Səudiyyə Ərəbistanındakı əməkdaşlığını gücləndirib
Tarix: 10-02-2026 | Saat: 20:51
Bölmə:Özəl | çapa göndər

ROKETSAN Səudiyyə Ərəbistanındakı əməkdaşlığını gücləndirib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən 2026-cı il Dünya Müdafiə Sərgisində ROKETSAN şirkəti portfelinə yeni beynəlxalq əməkdaşlıqlar əlavə edib.ROKETSAN, Səudiyyə Ərəbistanı İnvestisiya Nazirliyi (MISA) və Hərbi Sənaye İdarəsi (GAMI) arasında anlaşma memorandumu imzalandı.

Strateji əməkdaşlığın inkişaf etdirilməsini hədəfləyən anlaşma memorandumunda ROKETSAN, MISA və GAMI-nin müdafiə və aerokosmik sektorda investisiya imkanları yaradacağı və inkişaf etdirəcəyi, investisiya hədəflərinə töhfə vermək üçün hərtərəfli bir plan həyata keçirəcəyi nəzərdə tutulur.Bu əməkdaşlıq yerli təchizatçıların imkanlarını artırmaq, onları qlobal müdafiə təchizat zəncirinə inteqrasiya etmək və beləliklə, yerli investisiya mühitinin cəlbediciliyini gücləndirmək məqsədi daşıyır.

ROKETSAN həmçinin Səudiyyə Ərəbistanında yerli istehsal imkanlarının gücləndirilməsinə və milli təchizat zəncirinin inkişafına töhfə verəcək.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-06-2026