Sky News: Starmerin mətbuat katibi Epstein qalmaqalı səbəbindən istefa verib
Tarix: 09-02-2026 | Saat: 21:32
Bölmə:Özəl | çapa göndər

Böyük Britaniya Baş naziri Keir Starmerin kommunikasiya direktoru Tim Allan, ölkənin ABŞ-dakı keçmiş səfiri Peter Mandelsonun amerikalı maliyyəçi Ceffri Epşteyn ilə əlaqələri ilə bağlı qalmaqal səbəbindən istefa verib.
Bu barədə Sky News məlumat yayıb.
"Dauninq küçəsində yeni bir komandanın formalaşmasına imkan vermək üçün istefa vermək qərarına gəldim. Baş nazirə və komandasına uğurlar arzulayıram", - deyə Allan bildirib.
Bir gün əvvəl Britaniya Baş nazirinin aparat rəhbəri Morqan MakSuininin istefa verdiyi bildirilib. Bildirilib ki, o, bunu Epşteynin dostunun ABŞ-a səfir təyin edilməsi ilə bağlı qalmaqala görə edib.
İstefa məktubunda rəsmi Peter Mandelsonun təyinatını səhv adlandırıb və bunun məsuliyyətini qəbul edib. Siyasi şərhçi Bet Riqbinin sözlərinə görə, MakSuininin istefası "Baş naziri xilas etmək" cəhdi olub.
Əvvəllər Vaşinqtondakı keçmiş Britaniya səfirinin Epşteynlə əlaqəsi ilə bağlı qalmaqalın Starmerə baş nazir vəzifəsinə başa gələ biləcəyi bildirilirdi. Baş nazir üçün təhlükə ondadır ki, səfirin maliyyəçi ilə əlaqəsi ilə bağlı müzakirələr yalnız şəxsi söhbətlərdə deyil, həm də Britaniya Parlamentində aparılır. Millət vəkilləri Starmerin bu qalmaqaldan sağ çıxa bilməyəcəyinə inanırlar.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-04-2026
27-04-2026