Mobil versiya
ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var
Tarix: 30-01-2026 | Saat: 10:16
Bölmə:Karusel / Dünya | çapa göndər

ABŞ Prezidenti: Hazırda İrana doğru üzən çoxlu sayda gəmimiz var

Hazırda İrana doğru üzən çoxlu sayda çox böyük, çox güclü gəmilərimiz var və onlardan istifadə etməsək, daha yaxşı olar.

aia.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp açıqlayıb. O, son bir neçə gündə İranla hər hansı bir təmasının olması ilə bağlı suala cavabında belə bir müzakirənin baş tutduğunu və yenidən planlaşdırdığını bildirib.

“Mən onlara iki şey dedim. Birincisi, nüvə silahını, ikincisi, etirazçıları öldürməyi dayandırsınlar. Onlar minlərlə insanı öldürürlər. Bilirsiniz, iki həftə əvvəl 837 nəfərin edamının qarşısını aldım. Amma onlar nəsə etməli olacaqlar. Buna bənzər bir şey görülməyib”,- deyə Tramp əlavə edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2026