İrandakı etirazlarda öldürülənlərin siyahısı açıqlanacaq
Tarix: 29-01-2026 | Saat: 17:11
Bölmə:Dünya | çapa göndər

İran prezidenti Məsud Pezeşkian son həftələrdə ölkədə baş verən etiraz və iğtişaşların bütün qurbanlarının adlarının dərc olunmasını əmr edib.
aia.az xəbər verir ki, bu barədə prezident administrasiyasının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məhəmməd Mehdi Təbatəbi bildirib.
O, prezidentin sərəncamı ilə son faciəli hadisələrdə həyatını itirənlərin hamısının adları və təfərrüatların ictimaiyyətə açıqlanacağını deyib.
"Bu addım Qərb media orqanlarının statistikanı manipulyasiya etmək cəhdlərinə cavabdır. Məqsəd yalan danışan hər kəsi ifşa etməkdir", - deyə o əlavə edib.
İranın xarici işlər naziri Abbas Araqçi yanvarın 23-də bildirib ki, həm mülki şəxslər, həm də təhlükəsizlik qüvvələri daxil olmaqla, ölənlərin sayı 3117 nəfərə çatıb.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026