Mobil versiya
İspaniyada iki sürət qatarı toqquşdu - Ölənlər var - YENİLƏNİB
Tarix: 19-01-2026 | Saat: 10:49
Bölmə:Dünya / Karusel | çapa göndər

İspaniyada iki sürət qatarı toqquşdu -

İspaniyada iki sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb.

aia.az xəbər verir ki, bu barədə EFE xəbər agentliyi məlumat yayıb.

Qatarda ümumillikdə 317 sərnişin olub.

***09:04

İspaniyanın cənubunda iki sürətli qatar toqquşub. Hadisə nəticəsində ən azı 21 nəfər ölüb.

aia.az BBC-yə istinadən xəbər verir ki, qəza İspaniyanın cənubundakı Əndəlüs əyalətində Adamuz şəhəri yaxınlığında qeydə alınıb.

Bildirilir ki, qatarlar bu yaxınlarda təmir edilmiş dəmir yolu hissəsində relsdən çıxıb.

Ölənlərin dəqiq sayı açıqlanmayıb, lakin İspaniya Nəqliyyat Naziri Oskar Puentenin sözlərinə görə, 30-dan çox insan ağır xəsarətlərlə xəstəxanalardadır. 100-dən çox yaralının olduğu bildirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-01-2026