Mobil versiya
Senator: Qrenlandiyanın ilhaqı NATO-nun sonu olacaq
Tarix: 13-01-2026 | Saat: 13:37
Bölmə:Dünya | çapa göndər

Senator:

Rəsmi Vaşinqton tərəfindən Qrenlandiyanın ilhaqı Şimali Atlantika Alyansının (NATO) sonu olacaq.

aia.az xəbər verir ki, Konnektikut ştatından olan demokrat senator Kris Mörfi bunu “NBC News” telekanalının efirində deyib.

Onun sözlərinə görə, Qrenlandiyanın ilhaqı NATO-nun sonunu gətirəcək: “Şimali Atlantika Alyansının Qrenlandiyanı müdafiə etmək öhdəliyi var və bu halda ABŞ Avropa, Böyük Britaniya və Fransa ilə müharibə vəziyyətinə düşəcək”.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a birləşməsinin vacibliyini bildirib. O, ilk prezidentliyi dövründə adanı satın almağı təklif edib, 2025-ci ilin martında Qrenlandiyanın ilhaq edilə biləcəyinə əmin olduğunu söyləyib. Birləşmiş Ştatların dövlət başçısı adanı güzəştə getməyəcəyi təqdirdə Danimarkanı ticarət tarifləri ilə hədələyib. Danimarkanın Baş naziri Mette Frederiksen isə buna cavab olaraq adanın krallığın bir hissəsi olduğunu və bunun dəyişməyəcəyini vurğulayıb.

Qeyd edək ki, 56,7 min əhalisi olan Qrenlandiya muxtar ərazi kimi Danimarkanın bir hissəsidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen Qrenlandiyanın müdafiəsi ilə bağlı müqavilə imzalayıb. ABŞ müqaviləyə uyğun olaraq adanın müdafiəsini öz üzərinə götürüb. Hazırda adada ABŞ-ın raket hücumu xəbərdarlığı sistemi və Arktika zonasına nəzarəti həyata keçirən “Pituffik” kosmik bazası yerləşir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
13-01-2026