Mobil versiya
Xameneidən xalqa ÇAĞIRIŞ - YENİLƏNİB
Tarix: 09-01-2026 | Saat: 14:09
Bölmə:Karusel / Dünya | çapa göndər

Xameneidən xalqa

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei xalqa müraciət ünvanlayıb.

aia.az xəbər verir ki, Xamenei “iranlıların bir olması”na dair çağırış edib.

O, ABŞ Prezidenti Donald Trampa da səslənib. Xamenei “etirazçılar arasında ictimai əmlaka ziyan verməklə ABŞ Prezidentini məmnun etmək istəyən iğtişaşçıların olduğunu” deyib.

Ali Rəhbər qeyd edib ki, ötən gecə Tehranda və başqa yerlərdə iğtişaşçılar ABŞ Prezidentinin könlünü xoş etməkdən ötrü öz ölkələrindəki binaları, tikililəri yandırdılar.

Xamenei Trampı öl öləksində olan problemlərlə maraqlanmağa çağırıb.

O, İranın etiraz aksiyaları qarşısında geri çəkilməyəcəyini bildirib.

***

13:24

İranın Ali lideri ayətullah Əli Xamenei bir neçə dəqiqədən sonra ölkədə davam edən etirazlarla bağlı çıxış edəcək.

aia.az xəbər verir ki, bu barədə xarici KİV İran dövlət televiziyasına istinadən məlumat yayıb.

Digər təfərrüatlar verilmir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026