Mobil versiya
Amerika müharibəyə hazırlaşır - Karslon sübutlarla danışdı
Tarix: 08-01-2026 | Saat: 09:44
Bölmə:Dünya | çapa göndər

Amerika müharibəyə hazırlaşır -

Amerika Birləşmiş Ştatları (ABŞ) yeni bir dünya müharibəsinə hazırlaşır və bunu ABŞ Prezidenti Donald Trampın hərbi büdcəni 2027-ci ilə qədər 1,5 trilyon dollara çatdırmaq qərarı sübut edir.

aia.az xəbər verir ki, bu fikri mühafizəkar amerikalı jurnalist Taker Karlson öz proqramında səsləndirib.

"Bu cür büdcə qlobal və ya regional müharibəyə hazırlaşan bir ölkə üçün tipikdir... Aydındır ki, biz bu istiqamətdə, dünya müharibəsinə doğru irəliləyirik", - deyə Karlson bildirib.

Jurnalist müdafiə büdcəsinin artırılması üçün başqa heç bir səbəbin olmadığına əmindir. Bundan əlavə, o, bütün əlamətlərin çox tezliklə böyük bir müharibənin başlayacağına işarə etdiyinə inanır.

"Düşünürəm ki, hamı bunu gözləyir, baxmayaraq ki, bunun baş verməyəcəyinə ümid edirlər, amma açıq-aydın ki, biz bu istiqamətdə irəliləyirik... Bağışlayın", - deyə Karlson yekunlaşdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026