Mobil versiya
Türkiyədə FETÖ əməliyyatları - 223 nəfər saxlanılıb
Tarix: 06-01-2026 | Saat: 10:18
Bölmə:Dünya | çapa göndər

Türkiyədə FETÖ əməliyyatları -

Türkiyədə son 20 gündə hüquq mühafizə orqanları tərəfindən FETÖ terrorçu qruplaşmasına qarşı aparılan əməliyyatlarda 223 nəfər şübhəli şəxs qismində saxlanılıb.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya öz rəsmi “X” səhifəsində məlumat paylaşıb.

“FETÖ-nün “gizli strukturlar”ı daxilində fəaliyyət göstərən, FETÖ-nün şifrəli rabitə proqramı olan "ByLock"dan istifadə edən, taksafonlar vasitəsilə təşkilat daxilindəki şəxslərlə əlaqəni davam etdirən, təşkilata bağlı kiçik sahibkarlar vasitəsilə maddi dəstəyi təmin edən 223 şübhəli saxlanılıb”, - deyə nazir bildirib.

Saxlanılan şəxslərdən 87-si barəsində həbs qətimkan tədbiri seçilib, 50 nəfər ölkəni tərk etməmək haqda yazılı iltizamnamənin alınmasından sonra sərbəst buraxılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026