Mobil versiya
Ərdoğan və Tramp nələri müzakirə edəcək?
Tarix: 05-01-2026 | Saat: 11:16
Bölmə:Dünya | çapa göndər

Ərdoğan və Tramp nələri müzakirə edəcək?

F-35 və F-16 qırıcı təyyarələrinin alınması Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Donald Tramp arasında bu gün keçirilməsi planlaşdırılan telefon danışığında əsas mövzu olacaq.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Liderlər CAATSA qanunu çərçivəsində tətbiq edilən sanksiyaların ləğvi, Türkiyə Silahlı Qüvvələri üçün F-16 və F-35 təyyarələrinin tədarükü, “Halkbank” işi və SDQ terror təşkilatının Suriya ordusuna inteqrasiyası məsələlərini müzakirə edəcək.

Qəzza zolağındakı vəziyyət də danışıqların ayrıca mövzusu ola bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026