Mobil versiya
Yalnız bu şərtlərlə davam gətirə bilərik - Bayraqdar
Tarix: 05-01-2026 | Saat: 08:35
Bölmə:Manşet / Dünya | çapa göndər

Yalnız bu şərtlərlə davam gətirə bilərik -

Ədalətsizliyin və qanunsuzluğun beynəlxalq münasibətlərin yeni normasına çevrildiyi bir dövrdə Türkiyə yalnız yerli texnologiyaya güvənmək şərti ilə ayaqda dura bilər.

aia.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı müdafiə şirkətlərindən biri olan “Baykar”ın texniki direktoru Səlcuq Bayraqdar sosial şəbəkədə paylaşımında qeyd edib.

Dron istehsalçı-şirkətinin rəhbəri Venesueladakı vəziyyətə diqqət çəkərək, baş verənlərin Türkiyə rəhbərliyinin milli texnoloji irəliləyişlərə sadiqliyinin düzgünlüyünü bir daha nümayiş etdirdiyini vurğulayıb.

O, yerli texnologiya sektorunun və müdafiə sənayesinin inkişafını həm Türkiyə, həm də dost dövlətlər üçün əvəzolunmaz adlandırıb.

“Dünyada güclünün hüququnun hökm sürdüyü bir dövrdə heç kim özünü təhlükəsiz hiss edə bilməz. Bu dağıdıcı xaosdan qorunmaq üçün dövlətlər öz gücünü və müstəqilliyini gücləndirməlidirlər”, - deyə Bayraqdar vurğulayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026