Mobil versiya
Nazir Ərdoğanın müdafiəsinə qalxdı
Tarix: 05-01-2026 | Saat: 08:28
Bölmə:Karusel / Dünya | çapa göndər

Nazir Ərdoğanın müdafiəsinə qalxdı


Türkiyənin ədliyyə naziri Yilmaz Tunc Cümhuriyyət Xalq Partiyasinın (CXP) lideri Özğür Ozəli sərt tənqid edib. Nazir müxalifət liderini məsuliyyətsiz adlandırıb.

aia.az xəbər verir ki, Yılmaz Tunç bu barədə özünün sosial şəbəkə hesabında paylaşım edib. O, Türkiyənin hüquqi dövlət olduğunu xatırladaraq, prezident Rəcəb Teyyub Ərdoğanın həmişə beynəlxalq hüquqa hörmətlə yanaşdığını bildirib. Ədliyyə naziri deyib ki, müxalifət heç bir dövlət və beynəlxalq qurum qarşısında öhdəlik daşımadığı üçün məsuliyyətsiz davranmağa vərdiş edib.

"Özğür Ozelin prezident Ərdoğan haqda işlətdiyi sözlər məsuliyyətsizliyin və nəzakətsizliyin nümunəsidir", - nazir Yılmaz Tunc yazıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-02-2026