Mobil versiya
Hakan Fidan HƏMAS liderləri ilə görüşdü
Tarix: 24-12-2025 | Saat: 16:32
Bölmə:Dünya | çapa göndər

Hakan Fidan HƏMAS liderləri ilə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidanla HƏMAS Hərəkatının Siyasi Bürosunun üzvü Xəlil Həyyanın rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

aia.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ankarada baş tutan görüşdə Qəzza zolağındakı vəziyyət müzakirə olunub və sülh planının ikinci mərhələsi ilə bağlı fikir mübadiləsi aparılıb. Hakan Fidan Türkiyənin bütün platformalarda Fələstinin hüquqlarını qətiyyətlə müdafiə etməyə davam etdiyini qeyd edib və ölkəsinin Qəzzanın mənzil və digər humanitar ehtiyaclarını ödəmək səyləri barədə məlumat verib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026