Mobil versiya
Fətullah Gülənin qardaşı oğlu belə saxlanıldı
Tarix: 19-12-2025 | Saat: 15:54
Bölmə:Dünya | çapa göndər

Fətullah Gülənin qardaşı oğlu belə saxlanıldı

FETÖ lideri Fətullah Gülənin qardaşı oğlu, "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan Yasir Gülen İstanbulda saxlanılıb.

aia.az xəbər verir ki, İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin qrupları və Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Fətullahçı Terror Təşkilatının (FETÖ) üzvlərinə qarşı əməliyyat keçirib.

Araşdırmalar nəticəsində məlum olub ki, FETÖ çərçivəsində "silahlı terror təşkilatına üzvlük" ittihamı ilə axtarışda olan, "Bank Asya" hesablarında artım müşahidə olunan və iddia edilən görüşlərdə iştirak etdiyi aşkarlanan Salih Gülənin (FETÖ lideri Fətullah Gülənin qardaşı) oğlu Yasir Gülen İstanbuldadır.

Texniki və fiziki müşahidədən sonra qruplar şübhəlinin Ümraniyedə gizləndiyi yeri taparaq onu saxlayıblar.

Qeyd edək ki, FETÖ terror təşkilatının rəhbəri Fətullah Gülən 21.10.2024-cü ildə ABŞ-də vəfat edib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
21-04-2026