Türkiyə Silahlı Qüvvələri Suriyaya daxil olu
Tarix: 08-12-2025 | Saat: 10:05
Bölmə:Dünya | çapa göndər

Türkiyə Silahlı Qüvvələri üç istiqamətdən - Afrin, Rasulayn və Hələbin şimalından Suriyaya daxil olub.
aia.az xəbər verir ki, bu barədə Türkiyənin "KARAR" nəşri məlumat yayıb.
Bununla bağlı görüntülər də yayılmağa başlayıb. Bölgədən gələn məlumatlara görə, hərbçilər xüsusilə Mənbic xəttinə doğru irəliləyirlər. Eyni zamanda, Dəməşq hökuməti SDQ-nin (Suriya Demokratik Qüvvələri) nəzarətində olan Deyrizora artilleriya və PUA (pilotsuz uçuş aparatı) ilə dəstəklənən əlavə qüvvələr göndərib.
Türkiyə Silahlı Qüvvələrinə məxsus konvoylardan birinin Deyr-Ballut sərhəd qapısından Hələb bölgəsinə, digərinin isə gecə saatlarında Ədvaniyyə sərhəd qapısından Suriyaya daxil olduğu bildirilir. Konvoylarda zirehli texnika ilə yanaşı bir sıra logistik elementlərin də olduğu qeyd edilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
21-04-2026