Mobil versiya
Çinə xarici investisiyaların həcmi azalır
Tarix: 24-11-2025 | Saat: 11:51
Bölmə:Dünya | çapa göndər

Çinə xarici investisiyaların həcmi azalır

Son iki ildə Çinə olan birbaşa xarici investisiyaların həcminin azalması cari ilin ilk 10 ayında da davam edib.

aia.az Anadolu agentliyinə istinadla xəbər verir ki, bu ilin yanvar-oktyabr ayları ərzində ölkədə qeydə alınan birbaşa xarici investisiyalar 621,9 milyard yuan (təxminən 87,5 milyard dollar) olub.

İstifadə olunan xarici kapitalın miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalıb. Bu dövrdə istehsal sektoruna investisiyalar 161,9 milyard yuana (22,7 milyard dollar), xidmət sektoruna olan investisiyalar isə 445,8 milyard yuana (62,7 milyard dollar) çatıb. Həmçinin elektron ticarətdə investisiyalar 173,1 faiz, tibbi avadanlıq və maşınqayırma istehsalında 41,7 faiz və aerokosmik avadanlıq istehsalında isə 40,6 faiz artım qeydə alınıb.

Çinin Ticarət Nazirliyinin açıqlamasında xarici investisiyaların azaldığı ölkə və regionlar üzrə statistika yer almasa da, Birləşmiş Ərəb Əmirliklərindən investisiyaların 48,7 faiz, Birləşmiş Krallıqdan 17,1 faiz və İsveçrədən isə 13,2 faiz artdığı qeyd edilib.

Cari ilin ilk 10 ayında Çində xarici investisiyalarla 53 min 782 şirkət yaradılıb ki, bununla da yeni qurulan xarici şirkətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14,7 faiz artıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-11-2025