"Bakı-İrəvan sülhü regionu logistika mərkəzinə çevirəcək" - Xaçaturyan
Tarix: 19-11-2025 | Saat: 17:32
Bölmə:Dünya | çapa göndər

Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də regional layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək.
aia.az xəbər verir ki, bunu Ermənistan prezidenti Vaaqn Xaçaturyan gürcüstanlı həmkarı Mixeil Kavelaşvili ilə birgə keçirdiyi brifinqdə deyib.
Xaçaturyan qeyd edib ki, o, Kavelaşvili ilə regional məsələləri, avqustun 8-də Vaşinqtonda Bakı ilə İrəvan arasında imzalanmış sülh sazişinin müddəalarını və iqtisadi gündəliyi müzakirə edib: "Bizim suverenliyə, şəxsiyyətə və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığımız son dərəcə vacibdir. Əminəm ki, Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması, eləcə də müvafiq layihələrin həyata keçirilməsi Cənubi Qafqazı logistika mərkəzinə çevirəcək. Rifahın təmin edilməsi bizim müştərək məsuliyyətimizdir və biz münasibətlərin daha da dərinləşməsi üçün hər cür səy göstərəcəyik".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər