Gürcüstan rəsmisi: BTQ xəttinin tutumu ilin sonuna kimi üç dəfə artırılacaq
Tarix: 12-11-2025 | Saat: 16:23
Bölmə:Dünya | çapa göndər

Gürcüstan Bakı–Tbilisi–Qars (BTQ) dəmir yolunun yükdaşıma tutumunu 2025-ci ilin sonunadək üç dəfə artırmağı planlaşdırır.
aia.az xəbər verir ki, bunu Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tabeliyində fəaliyyət göstərən “EnterpriseGeorgia” agentliyinin nümayəndəsi Ketevan Kebuladze Bakıda keçirilən “Asia SME Monitor 2025” seminarında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, BTQ layihəsi Gürcüstanın regional nəqliyyat əlaqələrinin əsas hissəsidir və ölkənin Avropa ilə Asiya arasında strateji körpü rolunu gücləndirir.
Nümayəndə qeyd edib ki, “Orta Dəhliz” üzərində yüklərin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 15 dəfə artıb. Bu, region ölkələrinin koordinasiyalı infrastruktur siyasətinin real nəticələr verdiyini göstərir.
O əlavə edib ki, Gürcüstan həmçinin şərq-qərb avtomobil magistrallarını yeniləyir, dərin dəniz limanının tikintisini davam etdirir və liman-cəmiyyət (port community) sistemləri vasitəsilə rəqəmsal logistika koridorları formalaşdırır.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2025