Ərdoğan: Qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb, araşdırma başlayıb
Tarix: 12-11-2025 | Saat: 16:06
Bölmə:Dünya | çapa göndər

Ötən gün Azərbaycandan havaya qalxan C130 təyyarəsi qısa müddət sonra Gürcüstan-Azərbaycan sərhədinə yaxın Siqnaxi bölgəsində qəzaya uğrayıb.
aia.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
O, qəza nəticəsində 20 hərbçinin şəhid olduğunu diqqətə çatdırıb.
Onun sözlərinə görə, hadisədən dərhal sonra müdafiə, daxili və xarici işlər nazirləri ilə əlaqə saxlayıb, axtarış xilas-etmə işləri sürətlə başladılıb.
Ərdoğan qeyd edib ki, təyyarənin qalıqlarının olduğu ərazi təhlükəsizlik məqsədilə bağlanıb.
"Təyyarənin qara qutusu tapılıb, araşdırma başladılıb, həlak olan hərbçilərdən 19-nun nəşi tapılıb", - Türkiyə Prezidenti vurğulayıb.
O, bu müddətdə Azərbaycan Prezidenti, daha sonra Gürcüstan Baş naziri ilə telefon danışığı apardığını bəyan edib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2025