Mobil versiya
Rusiyadan gözlənilməz bəyanat: Bakı buna görə razılaşdı...
Tarix: 11-11-2025 | Saat: 07:53
Bölmə:Manşet / Dünya | çapa göndər

Rusiyadan gözlənilməz bəyanat:

Bu ilin noyabr ayında Azərbaycan və Gürcüstan ərazisindən yeni açılan dəmir yolu marşrutu ilə ölkəmizdən Ermənistana buğda tədarükü qısa müddətdə təşkil olunub.

aia.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

“İlk yük bu il noyabrın 6-na keçən gecə gəlib. Biz xüsusi vurğulayırıq ki, bu tədbir regional kommunikasiyaların blokdan çıxarılması üzrə Üçtərəfli İşçi Qrupu çərçivəsində həyata keçirilən səylər və 2020-2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə edilmiş razılaşmalar nəticəsində mümkün olub.

Adları çəkilən Cənubi Qafqaz respublikaları (Azərbaycan və Ermənistan nəzərdə tutulur - red.) arasında münasibətlərin normallaşdırılmasında iştirak edərkən Rusiya ardıcıl olaraq onların suveren milli maraqlarını rəhbər tutur. Qərbin vasitəçilik səyləri isə hələ zamanın sınağından çıxmayıb”, - bəyanatda qeyd edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə