Mobil versiya
Putin: NATO gəmisi "Burevestnik" sınaqları keçirilən ərazidə olub
Tarix: 05-11-2025 | Saat: 09:41
Bölmə:Dünya | çapa göndər

Putin:

NATO-nun kəşfiyyat gəmisi 21 oktyabrda "Burevestnik" qanadlı raketinin sınaqları keçirilən ərazidə olub və Rusiya onun fəaliyyətinə maneçilik törətməyib.

aia.az-ın TASS-a istinadən məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin "Burevestnik" və "Poseidon"u işləyib hazırlayanların təltif olunması mərasimində deyib.

O, "Burevestnik"in uçuş məsafəsinə görə dünyada məlum olan bütün raket sistemlərindən üstün olduğu fikrini ifadə edib.

"Düşünürəm ki, xarici mütəxəssislər də buna əmin ola biliblər, çünki həmin ərazidə NATO-ya məxsus kəşfiyyat gəmisi daimi olaraq mövcud idi. Biz onun fəaliyyətinə mane olmadıq. Qoy baxsınlar", - deyə Putin bildirib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
07-11-2025