Mobil versiya
Şimali Koreyanın keçmiş lideri vəfat etdi
Tarix: 04-11-2025 | Saat: 16:36
Bölmə:Dünya | çapa göndər

Şimali Koreyanın keçmiş lideri vəfat etdi

KXDR-in əsas lideri Kim Yonq-nam 98 yaşında Pxenyanda vəfat edib.

aia.az xəbər verir ki, bu barədə noyabrın 4-də Koreya Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Ölkənin Ali Xalq Məclisi Rəyasət Heyətinin keçmiş sədri noyabrın 3-də xərçəng intoksikasiyası nəticəsində yaranan çoxsaylı orqan çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, Kim Yonq-nam Şimali Koreyanın ən görkəmli siyasətçilərindən biri idi. O, 1998-2019-cu illərdə Ali Xalq Məclisi Rəyasət Heyətinin sədri vəzifəsində çalışaraq dövlət başçısının təntənəli funksiyalarını yerinə yetirib. Kim Yonq-nam uzun karyerası ərzində Koreyanın Xarici İşlər Nazirliyində və İşçi Partiyasının Mərkəzi Komitəsində də yüksək vəzifələrdə çalışıb. O, Şimali Koreya üçün çətin dövrlərdə onun beynəlxalq əlaqələrinin qurulmasında və inkişafında mühüm rol oynayıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
22-04-2026