Mobil versiya
Pakistan-Əfqanıstan sərhədində gərginlik - 6 hərbçi həlak oldu
Tarix: 30-10-2025 | Saat: 10:39
Bölmə:Karusel / Dünya | çapa göndər

Pakistan-Əfqanıstan sərhədində gərginlik -

Bu gün səhər saatlarında Pakistanın Xayber Paxtunxva əyalətində, Əfqanıstanla sərhəd bölgəsində silahlı toqquşma baş verib.

aia.az xarici KİV-ə istinadən xəbər verir ki, baş verən silahlı toqquşmada biri zabit olmaqla 6 Pakistan əsgəri həlak olub.

Məlumata görə, hadisə “Təhrik-e-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvləri ilə təhlükəsizlik qüvvələri arasında baş verib. Bildirilib ki, Pakistan ordusunun bölmələri qruplaşmanın Doqar bölgəsində olduğu barədə məlumat aldıqdan sonra əməliyyat keçirib. Əməliyyat zamanı baş verən atışmada qrupun yeddi silahlısı da məhv edilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
30-10-2025