Mobil versiya
İsrail və HƏMAS razılığa gəlib - Girovlar azad olunur
Tarix: 09-10-2025 | Saat: 09:22
Bölmə:Manşet / Dünya | çapa göndər

İsrail və HƏMAS razılığa gəlib -


İsrail və HƏMAS atəşkəs, girovların azad edilməsi və İsrail qoşunlarının qismən çıxarılmasını ehtiva edən sülh planının birinci mərhələsi üzrə razılığa gəliblər.

aia.az xəbər verir ki, bu barədə məlumatı ABŞ prezidenti Donald Tramp “Truth” hesabında paylaşıb.

O, İsrail və HƏMAS-ın “sülh planının birinci mərhələsini imzaladığını” açıqlayıb.

"Bütün girovlar tezliklə azad ediləcək və İsrail öz qoşunlarını razılaşdırılmış xəttə çəkəcək. Bu, davamlı sülhə doğru ilk addımdır. Bu, ərəb və müsəlman dünyası, İsrail və ABŞ üçün əla gündür. Bunun mümkün olmasına kömək edən Qətər, Misir və Türkiyədən olan vasitəçilərə təşəkkür edirik. Sülhməramlılar nə bəxtiyardır", - Tramp yazıb.

Məlumata görə, Şarm əl-Şeyxdə ABŞ, İsrail, Misir, Qətər və Türkiyədən nümayəndələr iştirak ediblər. Danışıqlar bağlı qapılar arxasında, milli təhlükəsizlik müşavirləri və Yaxın Şərq üzrə xüsusi nümayəndələrin iştirakı ilə keçirilib. Qətər və Misir tərəflər arasında əsas vasitəçi rolunda çıxış edərək təkliflərin çatdırılmasını əlaqələndirib və mübadilə şərtlərini razılaşdırıblar.

Bununla yanaşı, ABŞ Prezidenti bildirib ki, İsrail və HƏMAS arasında razılaşma çərçivəsində israilli girovların fələstinli məhbuslarla dəyişdirilməsi oktyabrın 13-də baş tuta bilər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
09-10-2025