Mobil versiya
Avropada hərbi təlimlər keçiriləcək
Tarix: 02-10-2025 | Saat: 19:03
Bölmə:Dünya | çapa göndər

Avropada hərbi təlimlər keçiriləcək

Oktyabrın 20-dən noyabrın 13-nə kimi Rumıniya və Bolqarıstanda 10 ölkədən 5 min hərbçinin iştirakı ilə “Dacian Fall” təlimləri keçiriləcək.

aia.az xəbər verir ki, bu barədə Fransanın Quru Qoşunlarının komandanı general Pyer Şill “Valeurs actuelles” nəşrinə bildirib.

Generalın sözlərinə görə, Fransa bu təlimlərdə 2,4 min nəfərlik tam zirehli briqada ilə iştirak edəcək.

O bildirib ki, Rusiya-Belarusun sentyabrda keçirdiyi “Zapad-2025” təlimlərinə Paris “Dacian Fall” NATO təlimlərində böyük hərbi birləşmə ilə iştirak etməklə cavab verəcək.

“Hər an döyüşə qoşulmağa hazır olmalıyıq, lazım olsa, hətta bu gecədən başlayaraq”, - general əlavə edib.



aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
02-10-2025